Windows Phone | |
---|---|
İstehsalçı | Microsoft |
Yazılma dili | C++, C, C# |
Son versiya |
|
Yenilənmə üsulu | Wi-Fi |
Dəstəklənən platformalar | ARM[d] |
Lisenziya | istifadəçi razılaşması[d] |
Veb-saytı | microsoft.com/windowspho… |
Vikianbarda əlaqəli mediafayllar |
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile[1][2] və Zune-un[3] əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb.[4] Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.[5]
Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi.[6] 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.[7]
2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi. Bunun sayəsində interfeys PC kimi göstərilə bilirdi. Microsoft PC-lər üçün yeni əməliyyat sistemi olan Windows 10-a fokuslanmaq üçün Windows Phone-u dayandırdı. Ancaq texniki baxımdan WP davam etdi və seçilmiş WP 8.1 cihazlara yeniləmələr təqdim edirdi.
Microsoft platfoma üçün olan yatırımlarını Nokia ilə olan tərəfdaşlığı ilə daha da genişləndirdi. "Nokia"nın Lumia seriyası xüsusilə Lumia 520 2013-cü ildə Windows Phone cihaz satışlarının əksəriyyətini təşkil etdi.[8] Microsoft Nokia-nın mobil cihaz bölümünü 7 milyard dollardan çox bir məbləğə alaraq öz tərkibinə daxil etdi. Bundan sonra Nokia-nın o zamankı CEO-su Stiven Elop da Microsoft-a qoşuldu və şirkətin mobil bölməsinin rəhbəri oldu.
Android və iPhone-lar hələ də ən üstün platformalar kimi qalırdı. Buna görə də mobil tətbiq proqramçılarının Windows Phone-a olan marağı azaldı.[9] Microsoft 2016-cı ildə [10] Microsoft Mobile-ın işçilərini işdən azad etdi və Nokia-nın alınması ilə əlaqədar olaraq 7.6 milyard ABŞ dolları zərər etdiyini açıqladı.[11] Həmin dövrdə WP-nin bazar payı 1% -ə qədər düşdü.[12] Bu səbəbdən Microsoft Android və iOS ilə inteqrasiyaya önəm verməyə başladı[13]. Beləliklə 2017-ci ildə Windows 10 Mobile-ın aktiv inkişafını dayandırıldı.[14]